Home AZ | EN | RU

BDU-nun Filologiya fakültəsinin məzunları müəllimlərin işə qəbulu (MİQ) imtahanlarında yüksək nəticə göstəriblər

21/08/2020

BDU-nun Filologiya fakültəsinin məzunları müəllimlərin işə qəbulu (MİQ) imtahanlarında  bu il də yüksək  nəticə göstəriblər. Fakültənin çox sayda məzunu builik imtahanda 50-dən çox bal toplamaqla mühüm uğura imza atıb. Ən yüksək göstəricini 59 balla Aytac Quliyeva və Fizzə Çərkəzli, 58 balla Səfalı Əlizadə, 57 balla Jalə Zeynallı və Nuranə Qarayeva əldə edib.
Xatırladaq ki, avqustun 14-dən müəllimlərin işə qəbulu üzrə imtahanlara start verilib. Namizədlərə 90 dəqiqə müddətində ixtisasa dair 40, təlim strategiyaları və metodikaya dair 20 test tapşırığı olmaqla ümumilikdə 60 sual təqdim olunur. İmtahan keçirilən bütün regional mərkəzlərdə bu müddət başa çatdıqdan sonra namizədlərə 10 dəqiqə ərzində səhv cavablandırdığı sualları görmək imkanı yaradılır.
Yüksək nəticə göstərən bütün məzunlarımızı ürəkdən təbrik edir, onlara uğurlar arzulayırıq!

 

Bookmark and Share