Home AZ | EN | RU

BDU-nun Filologiya fakültəsinin tələbə və magistrantlarından ibarət yeni qrupu “Vikipediya” təlimlərində

02/12/2019

Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin tələbə və magistrantlarından ibarət yeni qrupu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) “Vikipediya” Metodik Mərkəzinin təlimlərində iştirak edib. “Vikipediya”da məqalələrin yaradılması” mövzusunda keçirilən təlimlərdə tələbələr məqalələrin yaradılması və redaktə olunması barədə məlumatlandırılıb. Həmçinin onlara “Vikipediya”dan istifadə qaydaları, qeydiyyatdan keçmə, məqalələrin yaradılması, adlandırılması, mətnin vikiləşdirilməsi, mənbələrin əlavə edilməsi ilə bağlı ətraflı məlumat verilib. Gənclərə bu virtual ensiklopediyanın beş əsas prinsipi, mənfi təsirləri və onun qarşısının alınması yolları izah edilib. Təlimlərdə iştirak edən könüllülər “Vikipediya”da ədəbiyyat və filologiya mövzusunda məqalələrin yaradılması, redaktəsi və boşluqların aradan qaldırılması ilə bağlı fəaliyyət göstərəcəklər.

AZƏRTAC

Bookmark and Share