Home AZ | EN | RU

BDU-nun Filologiya fakültəsinin tələbələri Gənclər Günü münasibəti ilə mükafatlandırılıb

02/02/2022

2 fevral - Azərbaycan Gəncləri Günü münasibətilə BDU-nun rektoru Elçin Babayev tərəfindən universitetin ictimai həyatında fəal iştirak etdikləri üçün Filologiya fakültəsinin Tələbə Könüllüləri Təşkilatının sədri Aysun Məmmədova və IV kurs tələbəsi Səbinə Xəlilova “Təşəkkürnamə” ilə təltif edilib.
Həmçinin Tələbə Gənclər Təşkilatlarının “I Strateji Planlaşdırma Forumu”nda 2021-ci il ərzindəki fəaliyyətinə görə BDU-nun Tələbə Gənclər Təşkilatının sədr müavini, Filologiya fakültəsinin Tələbə Gənclər Təşkilatı sədri Ələkbər Həsənov “İlin Tələbə Gənclər Təşkilatı nümayəndəsi” nominasiyasına və Bakı Şəhəri Gənclər və İdman Baş İdarəsinin “Fəxri Fərman”ına layiq görülüb.
Tələbələrimizi bu münasibətlə təbrik edir və fəaliyyətlərində uğurlar arzulayırıq.

Bookmark and Share