Home AZ | EN | RU

BDU-nun Filologiya fakültəsinin tələbələri Vətən müharibəsi şəhidlərinin məzarlarını ziyarət ediblər

18/10/2021

18 Oktyabr - Dövlət Müstəqilliyinin Bərpasının 30 illiyi münasibətilə BDU-nun Filologiya fakültəsinin tələbələri Sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Anar Fərəcovun rəhbərliyi ilə II Fəxri xiyabanda Vətən müharibəsi şəhidlərinin məzarlarını ziyarət ediblər.
Öncə şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilib. Dekan müavini Anar Fərəcov XX əsrin sonlarında Azərbaycan xalqının öz milli azadlığı və ərazi bütövlüyü uğrunda apardığı tarixi mübarizədən, bu uğurda canlarından keçmiş igid oğul və qızlarımızın qəhrəmanlığından söz açıb. Bildirib ki, ölkəmiz Ulu öndər Heydər Əliyevin və onun layiqli davamçısı İlham Əliyevin rəhbərliyi altında yeni inkişaf mərhələsinə qədəm qoyub, dünya miqyasında böyük nailiyyətlərə imza atıb. Məhz bu uğurlu və peşəkar siyasətin nəticəsidir ki, 30 illik gərgin mübarizə nəticəsində ötən il müzəffər Azərbaycan ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızı işğaldan azad edib. Və bu gün hər kəs bu ali məkanı – Şəhidlər xiyabanını qalib dövlətin vətəndaşı kimi böyük qürur hissi ilə ziyarət edir.
Sonra səhidlərin məzarları önünə gül dəstələri qoyulub, ruhlarına dualar oxunub və qəhrəmanlıqları haqqında çıxışlar edilib.
Allah bütün şəhidlərizimə rəhmət eləsin!

 

Bookmark and Share