Home AZ | EN | RU

BDU-nun Filologiya fakültəsinin tələbələri Zəfər Gününə həsr olunmuş esse müsabiqənin qalibi olublar

10/11/2021

BDU-nun Filologiya fakültəsinin tələbələri Zəfər Gününə həsr olunmuş esse müsabiqəsində yüksək nəticə əldə ediblər. BDU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsi tərəfindən keçirilən müsabiqəyə universitetin 100-dən çox tələbəsi müraciət edib və seçim mərhələsindən sonra ən yaxşı 10 esse müəllifi qalib adını qazanıb. Müsabiqənin nəticələrinə əsasən, ilk üç, o cümlədən beşinci yerə Filologiya fakültəsinin tələbələri layiq görülüb:
I yer - Fidan Məmmədquliyeva (III kurs)
II yer - Rəhiməxanım Əlipənahova (II kurs)
III yer - Türkan Hüseynova (II kurs)
V yer - Fidan Hüseynzadə (III kurs)
İlk üç yerin qalibi fəxri fərman və pul mükafatı, digər qaliblər isə yalnız fəxri fərmanla təltif olunacaq.
Tələbələrimizi yüksək nəticə əldə etmələri münasibətilə ürəkdən təbrik edir, uğurlarının davamlı olmasını arzulayırıq.

Bookmark and Share