Home AZ | EN | RU

BDU-nun Filologiya fakültəsinin tələbəsi Türkiyədə “Beynəlxalq Zəfər düşərgəsi”ndə iştirak edib

26/10/2021

Azərbaycan və Türkiyə gənclərinin iştirakı ilə 19-24 oktyabr 2021-ci il tarixlərində Türkiyənin Qaziantep şəhərində “Beynəlxalq Zəfər düşərgəsi” təşkil olunub. Hər ölkədən 100 nəfər olmaqla, ümumilikdə 200 gəncin qatıldığı düşərgədə Filologiya fakültəsinin IV kurs tələbəsi Səbinə Xəlilova da iştirak edib.
Azərbaycan Respublikasının Gənclər Fondu, Naxçıvan Muxtar Respublikasının Gənclər Fondu və Türkiyə Respublikasının Gənclik Vəqfinin (TÜGVA) birgə təşkilatçılığı ilə keçirilən düşərgənin məqsədi hər iki ölkə gənclərinin əməkdaşlığının daha da inkişaf etdirilməsi, qardaş ölkə gənclərinin ortaq həyata keçirdiyi layihələrin və tədbirlərin sayının artırılması, Azərbaycan və Türkiyə mədəniyyətinin, tarixinin gənclər arasında təbliği, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsində qazanılan Zəfərin iki ölkənin gəncləri arasında təbliğ olunmasıdır.

Bookmark and Share