Home AZ | EN | RU

BDU-nun Filologiya fakültəsinin tələbəsi müsabiqədə I yerin qalibi olub

26/11/2019

Noyabrın 26-da “Zirvə” Tədris Mərkəzində böyük Azərbaycan şairi İ.Nəsiminin 650 illiyi münasibətilə “Yeni nəfəs” adlı müsabiqə keçirilib. Dünya Gənc Türk Yazarlar Birliyi tərəfindən təşkil olunan tədbirdə təşkilatın sədri İntiqam Yaşar, DGTYB-nin üzvləri olan gənc şairlər Yusif Nazim Ərəbsoy, Vüsal Yurdoğlu, həmçinin Azərbaycan ədəbiyyatının dəyərli ziyalıları: Qulu Ağsəs, Əkbər Qoşalı, Kənan Hacı, Təbrizli Çağrı Məhəmməd və başqaları iştirak ediblər.
Müsabiqədə qaliblər üç yer üzrə seçilib. Birinci yerə Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin III kurs tələbəsi Cəmil Cəmilbəyli, ikinci yerə Azərbaycan Dillər Universitetinin II kurs tələbəsi Elroman Əlizadə, üçüncü yerə gənc şair Həsən Kür layiq görülüb. Qaliblər diplomlarla təltif olunub və onlara  “Yeni nəfəs” adlı antologiya hədiyyə edilib.

Bookmark and Share