Home AZ | EN | RU

BDU-nun Filologiya fakültəsinin tələbəsi Orxan Həsəninin hekayələr kitabının təqdimatı keçirilib

01/06/2019

BDU-nun Filologiya fakültəsinin tələbəsi, gənc yazar Orxan Həsəninin “Metro terminalının sevgisi” kitabı işıq üzü görüb. Kitabda müəllifin modern üslubda yazdığı 11 hekayəsi yer alıb. Kitab “Ulduzlu nəşrlər” seriyasından çap olunub. Kitabın təqdimatı Azərbaycan Yazıçılar Birliyində baş tutub. Tədbiri “Ulduz” jurnalının baş redaktoru Qulu Ağasəs aparıb. AYB-nin gənclər üzrə katibi Rəşad Məcid çıxış edərək gənc yazarı ilk kitabının çıxması münasibətilə təbrik edib və  yaradıcılıq yolunda uğurlar arzulayıb. Daha sonra tənqidçi, BDU-nun dosenti Məti Osmanoğluya söz verilib. O, çıxışında Orxan Həsəninin yaradıcılığı ilə tanış olduğunu bildirib  və onun yazı üslubuna münasibət bildirib. Kitabın redaktoru yazar Fərid Hüseyn də müəllifin hekayələri haqqında məlumat verərək bildirib ki, yazarın yaradıcılığı, sujet qurmaq bacarığı kifayət qədər maraqlıdır. Tədbirdə bir çox qonaqlar da iştirak edib. Müəllif sonda kitabları imzalayıb.

Bookmark and Share