Home AZ | EN | RU

BDU-nun Filologiya fakültəsinin tələbəsi “Vətənim Azərbaycandır!” adlı esse yazı müsabiqəsinin qalibi olub

04/11/2021

Bakı Ali Neft Məktəbində (BANM) “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı və Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi ilə Zəfər bayramının 1-ci ildönümünə həsr olunmuş “Zəfər yolu” layihəsinin təqdimatı keçirilib. Həmçinin tədbirdə layihə çərçivəsində Azərbaycan universitetlərinin tələbələri arasında keçirilmiş “Vətənim Azərbaycandır!” adlı esse yazı müsabiqəsinin qalibləri də mükafatlandırılıb.
BDU-nun Filologiya fakültəsinin III kurs tələbəsi Abbaszadə Aynurə Sahib qızı müsabiqədə II yerə layiq görülərək pul mükafatı və diplomla təltif edilib.  
Tələbəmizi ürəkdən təbrik edir, fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq.

Bookmark and Share