Home AZ | EN | RU

BDU-nun Filologiya və Biologiya fakültələrinin təşəbbüsü ilə “İçki və siqaretin zərərləri” mövzusunda onlayn tədbir keçirilib

28/11/2020

Noyabrın 28-də BDU-nun Filologiya və Biologiya fakültələrinin birgə  təşəbbüsü ilə “İçki və siqaretin zərərləri” mövzusunda  onlayn tədbir keçirilib. “Microsoft Teams” platforması üzərindən təşkil olunmuş tədbiri fakültənin II kurs tələbəsi – aparıcı Aytac Hüseynli açıq elan edib.
BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov, Filologiya fakültəsinin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Anar Fərəcov, Biologiya fakültəsi üzrə Tələbə Gənclər  Təşkilatının sədri Vüsal Məmmədrəhimov və Filologiya fakültəsi üzrə Tələbə Gənclər  Təşkilatının sədr müavini Ələkbər Həsənov çıxış edərək, ölkəmizdə gənclərə göstərilən dövlət qayğısından, vətəndaşların sağlamlığının qorunması istiqamətində həyata keçirilən məqsədyönlü işlərdən, siqaretin və içkinin insan sağlamlığına vurduğu zərərlərdən, ictimai yerlərdə siqaretdən istifadə ilə bağlı qoyulan məhdudiyyətlərdən söz açıblar.
Sonra Filologiya və Biologiya fakültələrinin tələbələri: Aynurə Ataşova, Səmayə Tağızadə və Aytac Əliyeva iştirakçılara içki və siqaretin zərərləri, onların məsuliyyətsiz və aşırı səviyyədə istifadəsi nəticəsində yaranan xəstəliklərin qlobal miqyasda yaratdığı təhlükələr haqqında məlumat verib, gəncləri belə neqativ vərdişlərdən uzaq durmağa çağırıblar.  
Sonda mövzu ətrafında müzakirələr aparılıb, tələbələrin təklif və tövsiyələri dinlənilib.

Bookmark and Share