Home AZ | EN | RU

BDU-nun Filologiya və Mexanika-riyaziyyat fakültələrinin könüllüləri Bakı Kitab Mərkəzinə ekskursiya təşkil edib

20/11/2021

BDU-nun Filologiya və Mexanika-riyaziyyat fakültələrinin könüllüləri Bakı Kitab Mərkəzinə ekskursiya təşkil ediblər. Ekskursiyada tələbələr Bakı Kitab Mərkəzi ilə yaxından tanış olub, burada Azərbaycan və xarici dillərdə dünya bestsellerləri, incəsənətə aid olan gözəl albomlar, turist bələdçiləri, musiqi kitabları, müxtəlif ədəbiyyatlar haqqında məlumat alıblar. Həmçinin hər iki fakültənin könüllüləri əyləncəli və intellektual mövzularda müzakirələr aparıb, öz ixtisas sahələrinə dair bir-birlərinə maraqlı ədəbiyyatlar tövsiyə edib, müxtəlif fəaliyyətlərlə öz vaxtlarını səmərəli keçiriblər.

Bookmark and Share