Home AZ | EN | RU

BDU-nun filoloq alimləri İstanbulda Beynəlxalq konqresdə iştirak edib

16/04/2018

Türkiyənin İstanbul şəhərində “Təhsildə və Sosial Elmlərdə Yeni Üfüqlər (İCES – 2018)” adlı I Beynəlxalq Konqres keçirilib. Konqresdə universitetmizi  Azərbaycan ədəbiyyatı tarixi kafedrasının dosenti Sevinc Qocayeva və Azərbaycan dilçiliyi kafedrasının dosenti Reyhan Həbibli təmsil edib. Beynəlxalq Elmi Araşdırmalar Assosiasiyası (International Scientific Researches Association & Journal) və ASOS Eğitim Bilişim Danışmanlık tərəfindən təşkil edilən konqresdə sosial elmlər sahəsindəki problemlər, onların həlli yolları, təhsildə inkişaf perspektivləri müzakirə obyekti olub. Sevinc Qocayeva və Reyhan Həbiblinin məruzələri müxtəlif ölkələrdən gəlmiş təhsil və sosial elmlər üzrə mütəxəssislər, tədqiqatçılar tərəfindən maraqla qarşılanıb. Təmsilçilərimizə uğurlu çıxışlarına görə sertifikat təqdim olunub.

Bookmark and Share