BDU-nun filoloq alimləri Türkiyədə Beynəlxalq Konqresdə
03/11/2016Türkiyənin Konya şəhərində Səlcuq Universitetinin təşkilatçılığı ilə  Beynəlxalq Müqayisəli Ədəbiyyatşünasliq Konqresi keçirilib. Konqresdə  müqayisəli ədəbiyyatşünaslıq mövzusu müzakirə edilməklə yanaşı,  filologiyanın müxtəlif problemləri üzrə elmi məruzələr dinlənilib.  Tədbirdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin dekanı,  filologiya üzrə fəlsəfə doktoru Elçin Məmmədov, Azərbaycan dilçiliyi  kafedrasının professoru Zemfira Şahbazova və Türk filologiyası  kafedrasının dosenti Kəmalə Əhmədova da iştirak edib. 
 Konqresin  materiallar toplusunda filologiya üzrə fəlsəfə doktoru Elçin Məmmədovun  “Türkiyə türkcəsinin ünsiyyət coğrafiyası”, Azərbaycan dilçiliyi  kafedrasının professoru Zemfira Şahbazovanın “Xitabların məna  xüsusiyyətləri”, dosent Kəmalə Əhmədovanın “Çoxkomponentli mürəkkəb  cümlələr” adlı məqalələri çap olunub. Təmsilçilərimiz aktual elmi  mövzularla çıxış etdiklərinə görə Səlcuq Universitetinin sertifikatına  layiq görülüblər.

 
                
                    


