BDU-nun filoloqları Afad Qurbanovun 90 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi konfransa qatılıb
07/06/2019Azərbaycan Dövlət Pedaqoji Universitetində görkəmli dilçi alim, onomastika elmi məktəbinin banisi, Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, AMEA-nın müxbir üzvü Afad Qurbanovun 90 illik yubileyinə həsr edilmiş “Müasir dilçiliyin aktual problemləri” mövzusunda beynəlxalq elmi konfransı keçirilib. Tədbirdə Azərbaycanla yanaşı, Türkiyə, Rusiya, Gürcüstan, Finlandiya və digər ölkələrdən tanınmış elm adamları iştirak ediblər.
Konfransda Bakı Dövlət Universitetini Filologiya fakültəsinin əməkdaşları: dosent Qızılgül Abdullayeva, dosent Sultan Seyidova, Pərvin Eyvazov, Aytən Hümbətova, Bahar Xəlilova və I kurs tələbəsi Kəmalə Rəhimli uğurla təmsil ediblər. S.Seyidova “M.P.Vaqif yaradıcılığında bədii sual və bədii təzad poetik gözəlliyin yaradıcısı kimi”, P.Eyvazov “B.Çobanzadənin dil tədqiqatlarında feilə məxsus qrammatik kateqoriyaların şərhi”, A.Hümbətova “Çoxmənalılığın üslubi keyfiyyətləri”, B.Xəlilova “Dilçilikdə linqvokulturologiya” və K.Rəhimli “Son dövrlər dilimizə daxil olan alınma sözlərin mənimsənilməsinə dair bəzi qeydlər” adlı elmi məruzələrlə çıxış ediblər.
Tədbirin sonunda konfrans iştirakçılarına sertifikatlar təqdim olunub.
