Home AZ | EN | RU

BDU-nun filoloqları Gənc Tədqiqatçıların II Beynəlxalq Elmi Konfransında

28/04/2018

Bakı Mühəndislik Universitetində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş Gənc Tədqiqatçıların II Beynəlxalq Elmi Konfransı keçirilib. Konfransa Azərbaycanla yanaşı, Türkiyə, ABŞ, Almaniya, İngiltərə kimi onlarla xarici ölkədən 1320 material göndərilib və bunlardan yalnız tələblərə uyğun olan 700 nəfər tədqiqatçının  tezisi qəbul edilərək  iki dildə çap olunub.  
Konfransda Tələbə Elmi Birliyinin təşkilatçılığı ilə Filologiya fakültəsinin tələbə və gənc əməkdaşları BDU-nu uğurla təmsil edib. Azərbaycan dilçiliyi kafedrasının müəllimi, fil.f.d. Səbinə Vəliyeva, “Türkoloji araşdırmalar” ETL-in əməkdaşları: Anar Fərəcov və TEB-in sədri Pərvin Eyvazov, tələbə və gənc tədqiqatçılardan Nübar Abasova, Ülvi Mikayılov, Aynur Rzayeva, Kamilə Qədimli, Sevda Babayeva, Nərminə Fazilova, Sabah qruplarından Könül Tağızadə, Fidan Məmmədova, Rəhiməxanım Mürvətova, Elza Məmmədova, Gülnur Haqverdiyeva və başqaları Azərbaycan dilçiliyinin və ədəbiyyatşünaslığının aktual problemlərinə həsr olunmuş maraqlı elmi məruzələrlə çıxış ediblər.
Sonda iştirakçılara sertifikatlar və konfransın proqramı təqdim olunub.

Bookmark and Share