BDU-nun GƏNC FİLOLOQLARI BEYNƏLXALQ ELMİ KONFRANSDA
02/05/2016Aprelin 29-30-da Qafqaz Universitetində Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun əməkdaşlığı və “Akkord” sənaye tikinti investisiya korporsiyasının sponsorluğu ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ilinə həsr olunmuş Gənc Tədqiqatçıların IV Beynəlxalq Elmi Konfransı keçirilib.
Tədbirə Azərbaycandan olan gənc tədqiqatçılarla yanaşı, ABŞ, Böyük Britaniya, Almaniya, Fransa, Kanada, Rusiya, Türkiyə, Macarıstan, Ukrayna, Polşa, İndoneziya, İran, Çexiya, Albaniya, Əlcəzair, Misir, Estoniya, Gürcüstan, Yunanstan, Makedoniya, Pakistan, Qazaxstan, Qırğızıstan, Özbəkistan, Qana, Kenya, Nigeriya, Filippin, Rumınya, Sudan, İsveçrə, Venesuella kimi 32 ölkənin 150-yə yaxın gənc elm adamı öz tezisləri ilə qatılıblar.
Konfransda Bakı Dövlət Universitetini Filologiya fakültəsinin gənc əməkdaşları, magistr və doktorantları da uğurla təmsil ediblər. “Türkoloji araşdırmalar” ETL-nin əməkdaşları - Pərvin Eyvazov, Anar Fərəcov, Ramil Bayramov, Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının əməkdaşı Gülnar Axundova, Müasir Azərbaycan ədəbiyyatı kafedrasının əməkdaşları - Xəyalə Əfəndiyeva, Yeganə Xanlarova, doktorant Ayşən Sadıqlı, magistrantlar - Mərziyyə Qasımova, Rəbiyyə Rəsulova və başqaları Azərbaycan dilçiliyinin və ədəbiyyatşünaslığının, türkologiyanın aktual problemlərinə həsr olunmuş maraqlı elmi məruzələrlə çıxış ediblər. Sonda iştirakçılara sertifikatlar, konfransın propqramı və materiallar toplusu təqdim edilib.
