Home AZ | EN | RU

BDU-nun Ümumi dilçilik kafedrası əməkdaşlarının həmmüəllifliyi ilə “Dilçilikdə yeni istiqamətlər” adlı kitab nəşr olunub

01/02/2020
Bakı Dövlət Universiteti ilə yaşıd olan Ümumi dilçilik kafedrası əməkdaşlarının həmmüəlifliyi ilə “Dilçilikdə yeni istiqamətlər” adlı kitab işıq üzü görüb. BDU-nun 100 illik yubileyinə həsr olunmuş kitab kafedra müəllimlərinin müxtəlif mövzulara həsr etdikləri məqalələr toplusundan ibarətdir. Topluda professor Əbülfəz Rəcəblinin “Koqnitiv (idrak, qavrama) dilçiliyə giriş (yaranması və konsept)”, dosent Məhəmməd Məmmədovun “Genetiv dilçilik”, dosent Cavanşir Muradovun “Dil və mədəniyyət”, baş müəllimlər – fil.ü.f.d. Elmira Həmzəyevanın “Tətbiqi dilçilik: məqsəd və vəzifələr”, Firuz Mehdiyevin “Mətn dilçiliyi”, müəllimlər – fil.ü.f.d. Ülviyyə Hüseynovanın “Linqvokulturologiya” və Anar Fərəcovun “Sosiolinqvistikanın dilçiliyin yeni istiqaməti kimi yaranması” adlı əsərləri yer alıb.
Kitabın elmi redaktoru professor Ə.Rəcəbli, buraxılışa məsul fil.ü.f.d. L.Məmmədovadır.

Bookmark and Share