Home AZ | EN | RU

BDU-nun Ümumi dilçilik kafedrasının doktorantı İzmirdə beynəlxalq simpoziumda iştirak edib

04/09/2019

28-31 avqust 2019-cu il tarixlərində Türkiyənin İzmir şəhərində “Uluslararası elmi araşdırmalar simpoziumu” keçirilib. “İqtisadi İnkişaf və Sosial Araşdırmalar Dərnəyi”nin (İKSAD) təşkilatçılığı ilə keçirilmiş tədbirə Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Şimali Kipr və Rusiyadan çox sayda tanınmış elm adamı, gənc tədqiqatçılar qatılıb. Simpoziumda Bakı Dövlət Universitetini Filologiya fakültəsi Ümumi dilçilik kafedrasının “Dil nəzəriyyəsi” ixtisası üzrə doktorantı Şəfəq Nağıyeva təmsil edib. Doktorantın “Azərbaycan dilində cümlə şəklində olan paremiyalarda onomastik vahidlərin işlənmə xüsusiyyətləri” adlı məruzəsi bölmə iclasında maraqla qarşılanıb və sertifikata layiq görülüb.

Bookmark and Share