BDU-nun rektoru Elçin Babayev Filologiya fakültəsində buraxılış işlərinin müdafiəsində iştirak edib
22/06/201921 iyun 2019-cu il tarixində Bakı Dövlət Universitetinin Filologiya fakültəsində bakalavriat pilləsi üzrə buraxılış işlərinin bir qisminin müdafiəsi keçirilib. Buraxılış işlərinin müdafiəsində Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev də iştirak edib. Tələbələr müxtəlif mövzularda yazdıqları buraxılış işlərini müdafiə ediblər. BDU-nun rektoru Elçin Babayev müdafiəyə təqdim edilən buraxılış işlərinin mövzuları ilə bağlı tövsiyələr verib.
Qeyd edək ki, Səməd Vurğun adına auditoriyada təşkil olunmuş müdafiədə Yekun Dövlət Attestasiya Komissiyasının üzvləri, fakültənin professor-müəllim heyətinin bir qismi və tələbələr iştirak ediblər.
