Home AZ | EN | RU

BDU-nun Rus dilçiliyi kafedrası “Slavyan yazısı və mədəniyyəti günü”nü qeyd edib

29/05/2018

Məlum olduğu kimi, hər il mayın 24-də bütün Slavyan dünyası “Slavyan yazısı və mədəniyyəti günü”nü qeyd edir. Bu bayram eyni zamanda Slavyan xalqlarının ilk müəllimləri  - Kiril və Mefodinin anım gününə təsadüf edir. Bu məqsədlə Bakı Dövlət Universitetinin Rus dilçiliyi kafedrası BDU-nun Rus Mərkəzi ilə birlikdə “Slavyan yazısı və mədəniyyəti günü”nə həsr olunmuş elmi seminar keçirib.
Tədbirin əvvəlində kafedra müdiri, professor Lalə Quliyeva və kafedranın dosenti Elvira Heydərova bayram haqqında ətraflı məlumat veriblər. Çıxışlarda Kiril və Mefodinin tarixi xidmətləri tədbir iştirakçılarının nəzərinə çatdırdılıb. Sonra Filologiya fakültəsinin I kurs magistrantları -  Zülfüqarlı Leyla “Slavyan yazısının yaranması”, Orucova Türkan “Kiril əlifbası və qlaqolitsa”, Abdullayeva Günay “Slavyan yazısı və mədəniyyəti günü”, Həsənova Rafaella “Kiril əlifbasını yaratmış Kiril və Mefodi qardaşları” və Mustafazadə Günel “Slavyan xalqlarının ilk müəllimləri” mövzusunda maraqlı məruzə və  təqdimatlarla  çıxış ediblər.  
Məruzələrin ardınca seminar iştirakçıları “Slavyan yazısı və mədəniyyəti günü”nün müxtəlif ölkələrdə bayram kimi qeyd edilməsi ilə bağlı maraqlı müzakirələr aparıblar. Tədbirin sonunda BDU-nun Rus mərkəzinin rəhbəri Arzu Məmmədova məruzə ilə çıxış edən  Filologiya fakültəsinin magistrantlarını  fəxri fərmanlarla təltif edib.

 

Bookmark and Share