Home AZ | EN | RU

BDU-nun “Türkoloji araşdırmalar” ETL-in əməkdaşı “İlin gənc alimi” müsabiqəsinin qalibi olub

03/02/2021

Bakı Dövlət Universitetində (BDU) 2 Fevral - Azərbaycan Gəncləri Gününə həsr olunmuş tədbirdə “İlin gənc alimi” müsabiqəsinin qalibləri elan olunub.
Müsabiqə Komissiyasının qərarına əsasən, Fizika fakültəsinin Nanomaterialların kimyəvi fizikası kafedrasının müəllimi Həbibə Şirinova təbiət və texnika elmləri üzrə, Hüquq fakültəsinin Konstitusiya hüququ kafedrasının dosenti Aytəkin İbrahimova humanitar və ictimai elmlər üzrə ən yüksək nəticə göstərərək müsabiqənin qalibi olublar. Müsabiqənin qalibləri diplom  və hər biri 2 000 (iki min) manat pul mükafatı ilə, müsabiqədə ikinci nəticə göstərənlər - Filologiya fakültəsinin Türkoloji araşdırmalar elmi-tədqiqat laboratoriyasının kiçik elmi işçisi Pərvin Eyvazov və Kimya fakültəsinin Sənaye kimyası elmi-tədqiqat laboratoriyasının kiçik elmi işçisi Hacı Vahid Axundzadə isə diplomla təltif ediliblər.

Bookmark and Share