Home AZ | EN | RU

“Beynəlxalq Yer Kürəsi Günü”nə həsr olunmuş açıq dərs

20/04/2022

BDU-nun Filologiya fakültəsinin İngilis dili (təbiət fakültələri üzrə) kafedrasının baş müəllimi Nilufər Mahmudova Qarabəyovnanın Ekologiya fakültəsinin “Ekologiya” ixtisası üzrə E041R qrupunda açıq dərsi keçirilib. “Beynəlxalq Yer Kürəsi Günü”nə həsr olunmuş açıq dərsdə kafedranın əməkdaşları da iştirak edib. Müasir təlim metodları əsasında keçirilən dərs qarşılıqlı sual-cavab və müzakirə əsasında qurulub, tələbələr mövzu ilə bağlı təqdimatlar, plakat, atributlar  nümayiş etdiriblər.   
Dərsdə bildirilib ki, “Beynəlxalq Yer Kürəsi Günü” ilk dəfə 1970-ci il aprelin 22-də qeyd olunub. 20 milyona yaxın amerikalı müxtəlif tədbirlərdə iştirak edərək hökuməti ekoloji problemləri həll etməyə çağırdı. Həmin vaxtdan etibarən başlanan kütləvi ekoloji hərəkat təbii ehtiyatların qorunmasına və sənaye istehsalı üzərində ekoloji nəzarətə istiqamətlənib. Məhz XX əsrin 1970-ci illərindən etibarən şirkətlər ətraf aləmin mühafizəsinə nə qədər vəsait ayırmaları barədə rəsmi məlumat verməyə başlayıblar. 150 ölkəni (o cümlədən Azərbaycanı) təmsil edən 20 milyondan çox adam bu günü bayram edir.
Həmçinin tələbələr insanları müxtəlif ekoloji tədbirlərdə iştirak etməklə ağacların əkilməsinə, yaşıllıqlara qulluq etməyə, yaşadıqları əraziləri müxtəlif tullantılardan təmizləməyə və əhalini ətraf mühitin mühafizəsi sahəsində daha fəal olmağa dair çağırışlar ediblər.

Bookmark and Share