bsu.edu.az saytının fəaliyyəti müzakirə edilib
24/04/2015Bakı Dövlət Universiteti saytının (bsu.edu.az) fakültələr, institutlar  və strukturlar üzrə məsul şəxsləri ilə görüş keçirilib. Universitetin  Mətbuat və informasiya şöbəsinin müdiri Pərvanə İbrahimova saytın ümumi  fəaliyyətindən danışaraq fakültə və qurumların bu istiqamətdəki işinə  toxunub, məsul şəxslərin işinə ayrı-ayrılıqda qiymət verib və veb  redaktorları daha məhsuldar işləməyə çağırıb. 
 Sonra saytın texniki  məsələlər üzrə məsul şəxsi Elvin Şükürov çıxış edib və veb-masterləri  maraqlandıran sualları cavablandırıb.
 
                
                    


