Home AZ | EN | RU

“Bəxtiyar Vahabzadə poeziyasında istiqlal ideyası” adlı monoqrafiya Londonda ingilis dilində işıq üzü görüb

22/01/2018

2018-ci  il  yanvar  ayının  əvvəlində Heydər  Əliyev  adına  Liseyin Azərbaycan  dili  və  ədəbiyyatı  müəllimi, fənn  metodbirləşməsinin  rəhbəri  Aidə Ramiz  qızı Mirzəyevanin  “Bəxtiyar  Vahabzadə poeziyasında istiqlal  ideyası”  adlı  monoqrafiyası   Londonda  ingilis  dilində  çap  olunub.  Bakı  Dövlət Universitetinin  Rus dilçiliyi kafedrasının  professoru,  filologiya üzrə  elmlər  doktoru  Sevinc  Abbasqulu  qızı Məhərrəmova bu  dəyərli  monoqrafiyanı  Azərbaycan  dilindən  ingilis  dilinə  yüksək  elmi-ədəbi  səviyyədə   tərcümə  edib. Bu   kitab  vasitəsilə  ingilis  oxucuları  görkəmli  Azərbaycan  şairinin  yaradıcılığı  ilə  tanış  olacaq və   bu  söz  ustadının   gözəl  misraları  ingilis  dilində  səslənəcək.
Biz də müəllifləri təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzulayırıq.

Bookmark and Share