Home AZ | EN | RU

Bəxtiyar Vahabzadənin “Gülüstan” poemasının tələbələr arasında müzakirəsi keçirilib

01/12/2020

30 noyabr 2020-ci il tarixində BDU-nun Filologiya və Şərqşünaslıq fakültələrinin birgə təşkilatçılığı ilə Xalq şairi Bəxtiyar Vahabzadənin “Gülüstan” poemasının tələbələr arasında müzakirəsi keçirilib.
Microsoft Teams platforması üzərindən təşkil olunmuş tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayıb. Giriş sözü ilə çıxış edən Şərqşünaslıq fakültəsinin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Şahin Yusifli Vətən müharibəsində əldə olunan parlaq qələbə münasibəti ilə iştirakçıları təbrik edib, poema barəsində fikirlərini bölüşüb.
Filologiya fakültəsinin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Anar Fərəcov B.Vahabzadənin milli ruhda yazılmış əsərləri, xüsusilə “Gülüstan” poeması ilə bağlı ədəbi yanaşmalarını ifadə edib, tələbələrin Azərbaycançılıq mövzusu ilə əlaqədar olan əsərlərə marağından söz açıb.
Sonra Filologiya və Şərqşünaslıq fakültələrinin tələbələri çıxış edərək, poemanın bədii özəllikləri: əsərin süjet xətti, məzmunu və ideyası, dili və üslubu haqqında ətraflı məlumat verib, vacib məqamlarla bağlı öz fikirlərini ifadə ediblər.
Sonda tələbələrin ifasında şairin şeirləri səsləndirilib.

Bookmark and Share