Home AZ | EN | RU

“Danışıq etikası və nitq etiketləri” mövzusunda ustad dərsi

29/03/2022

Martın 29-da BDU-nun Filologiya fakültəsində Alman və fransız dilləri kafedrasının təşəbbüsü ilə “Danışıq etikası və nitq etiketləri” mövzusunda ustad dərsi keçirilib. Mövzu üzrə məruzə edən kafedranın müəllimi Mətanət Xıdır qızı Əliyeva danışıq etikasının günümüzün ən aktual məsələlərindən biri olduğunu diqqətə çatdırıb. Bildirib ki, nitq etiketinin düzgün formada gənclərə aşılanması pedaqoji işin əsas hədəflərindən biridir.
Sonra Alman və fransız dilləri kafedrasının müdiri Elmira Fərəcullayeva, “Alman dili və ədəbiyyatı” ixtisası üzrə IV kurs tələbəsi Xanoğlan Sadıqov mövzu ilə bağlı çıxışlar ediblər. Çıxışlarda Avropa dillərində nitq etiketlərinin işlənmə xüsusiyyətlərindən danışılıb, müxtəlif dil materialları əsasında müqayisələr aparılıb, mövzunun aktuallığı vurğulanıb.

 

Bookmark and Share