Home AZ | EN | RU

“Ədəbi dil, dialekt və şivələrin linqvokulturoloji aspektdən təhlili” mövzusunda elmi seminar

23/04/2022

BDU-nun Filologiya fakültəsində Ümumi dilçilik kafedrasının təşəbbüsü ilə “Ədəbi dil, dialekt və şivələrin linqvokulturoloji aspektdən təhlili” mövzusunda elmi seminar keçirilib.
Mövzu ilə bağlı məruzə edən Ümumi dilçilik kafedrasının I kurs magistrantı Səmra Həsənzadə ədəbi dil, dialekt və şivələrin linqvokulturoloji baxımdan öyrənməyin əhəmiyyətindən danışıb. Məruzəçi bildirib ki, dilin cəmiyyətdə ünsiyyət vasitəsi kimi intensiv istifadəsi etnosun mentalitetindən irəli gələn bir sıra kulturoloji şərtlər və tələblərlə bağlıdır. Eyni zamanda Azərbaycan ədəbi dilinin təşəkkül tapması və formalaşması nümunəsi əsasında dillə mədəniyyətin qarşılıqlı əlaqəsinə toxunan magistrant həm yazılı, həm də şifahi ünsiyyəti özündə əks etdirən ədəbi dildən fərqli olaraq dialekt və şivələrin şifahi mədəniyyəti əks etdirdiyini və bu mədəniyyətin nə qədər zəngin, çoxqatlı olduğunu Azərbaycan xalq ədəbiyyatından gətirdiyi nümunələrlə diqqətə çatdırıb.
Sonda mövzu ilə bağlı müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb.

Bookmark and Share