Ədəbiyyat dərnəyinin uğuru
28/01/2010
Bakı Dövlət Universiteti filologiya fakültəsinin
dekanı, professor Elbrus Əzizova
Hörmətli Elbrus müəllim!
Filologiya fakültəsinin tələbəsi, istedadlı gənc şair Nəcəfov Kəramət Qəşəm oğlu (Kəramət Böyükçöl) Bakı Dövlət Universiteti filologiya fakültəsinin nəzdində “Metafora” ədəbiyyat dərnəyinə rəhbərlik edir. Kəramət Nəcəfov vaxtaşırı tələbələrlə şair və yazıçıların görüşlərini təşkil edir. Bu görüşlər ədəbiyyatımızın təbliğatında, gənc nəslin təlim-tərbiyəsində, dünyagörüşlərinin formalaşmasında mühüm rol oynayır.
Azərbaycan Yazıçılar Birliyi adından ədəbiyyatımızın təbliğinə öz töhfəsini verən bu ədəbi dərnəyin fəaliyyəti üçün yaratdığımız şəraitə görə Sizə minnətdarlığımızı bildiririk.
Hörmətlə, ANAR
Azərbaycan Yazıçılar
Birliyinin sədri
