«Ədəbiyyat klubu»nda növbəti müzakirə
25/11/2017Filologiya fakültəsində "Folklor" dərnəyi tərkibində fəaliyyət göstərən "Ədəbiyyat klubu" nun növbəti görüşü keçirilib. Görüşdə müzakirə obyekti Anarın "Gürcü familiyası" əsəri və əsərin ssenarisi əsasında çəkilən "Gün keçdi" filmi olub. Əsərin aktual mövzuda olması müzakirəni daha da maraqlı edib. Hekayənin kiçik olmasına baxmayaraq, özündə geniş mövzunu əks etdirir. Müzakirədə hekayədə əks olunan bir çox motivlərə, sevgidən doğan bir çox məsələlərə- qısqanclığa, bir oğlanın sevdiyinə vaxtında sahib çıxmasına, qadının ilk sevgisini evli olduğu halda, unuda bilməməsi, ona necə dəyər verməsi, hətta buna görə qınanılması kimi mətləblərə toxunulub. Əsərdə bəhs olunan sevgi nümunəsi ilə bağlı diskussiya , fikir ayrılıqları müzakirəni daha da maraqlı edib.
