Home AZ | EN | RU

“Ədəbiyyat” klubunda Kafkanın “Çevrilmə” və Haruki Murakaminin “Zamzanın eşqi” hekayələrinin qarşılıqlı təhlili

06/11/2017

Azərbaycan Şifahi Xalq Ədəbiyyatı kafedrası nəzdində fəaliyyət göstərən “Folklor” dərnəyinin tərkibindəki “Ədəbiyyat” klubunun Kafkanın “Çevrilmə” və Haruki Murakaminin “Zamzanın eşqi” hekayələrinin qarşılıqlı təhlili fonunda ilk toplantısı keçirilib. Müzakirəni giriş sözü ilə açan fakültənin dekanı dosent Elçin Məmmədov gənclərin mütaliəyə alışdırılması və onlarda müstəqil fikir yürütmə qabiliyyətinin formalaşdırılması, həmçinin ədəbiyyata olan marağın artırılması baxımından belə bir klubun fəaliyyətə başlamasını yüksək qiymətləndirib və gələcək fəaliyyətində uğurlar arzulayıb.
Daha sonra çıxış edən Azərbaycan Şifahi Xalq Ədəbiyyatı kafedrasının müdiri professor Səhər Orucova “Folklor” dərnəyi barədə tələbələrə məlumat verib və “Ədəbiyyat” klubunun məhz “Folklor” dərnəyi tərkibində fəaliyyətə başlamasının vacibliyini vurğulayıb. O qeyd edib ki, yarandığı qısa müddət ərzində “Folklor” dərnəyi çox böyük uğurlara imza atıb və bu uğurlara “Ədəbiyyat” klubunun da yenilərini qatacağına inandığını bildirib. Tədbirdə “Ədəbiyyat” klubu layihəsini irəli sürən  III kurs tələbəsi Aqil Bəkirli, dərnəyin fəal üzvləri Elnur Soltanov, Əliqulu Bədirli, Şəms Həmzəyeva və Elvin İsrafilov da çıxış ediblər
Çıxışlardan sonra müzakirə əsnasında Kafkanın “Çevrilmə” əsərində ortaya qoyduğu problemə H. Murakaminin fərqli baxış sərgilədiyi dilə gətirilib və bu fərqli baxışın nədən qaynaqlanması sualı klub üzvləri arasında səmimi bir fikir mübadiləsinin yaranmasına səbəb olub.

Bookmark and Share