Home AZ | EN | RU

“Ədəbiyyat klubu”nun növbəti müzakirəsi

10/04/2019

“Folklor dərnəyi”nin nəzdində fəaliyyət göstərən “Ədəbiyyat klubu” Mixail Bulqakovun “İt ürəyi” əsərini müzakirəyə qoyub. Müzakirədə iştirak edən tələbələr əsəri müxtəlif yanaşmalarla təhlil ediblər. Tələbələr əsərdəki  əsas iki süjetlə “Siyasətlə bağlı məsələlər” və  “İtin adam olmasındakı satirik məqamlar”la bağlı fikirlərini bölüşüblər.  Bunlarla yanaşı, əsərə humanist fikirlərlə yanaşanlar da olub.  Sonda növbəti dəfə müzakirə olunacaq əsərlər haqqında fikir mübadiləsi aparılıb.

Bookmark and Share