“Dədə Qorqud” ETL-in əməkdaşı Türkiyədə beynəlxaq konfransda
13/12/2018Türkiyənin Qaraman şəhərində Qaramanoğlu Mehmetbəy Universitetinin təşkilatçılığı ilə “Ana dilimiz, ana yurdumuz” mövzusunda I beynəlxaq dil və ədəbiyyat konqresi keçirilib. Konfransa dünyanın müxtəlif ölkələrindən çoxsaylı elm adamı qatılıb. Konfransda Bakı Dövlət Universitetini Filologiya fakültəsi “Dədə Qorqud” elmi tədqiqat laboratoriyasının elmi işçisi İlhamə Məhəmməd qızı Babanlı təmsil edib.
Açılış mərasimində türk dilinin zəngin imkanlarından, böyük coğrafiyaya malik ünsiyyət dili olmasından danışılıb, bu istiqamətdə qarşıda dayanan əsas vəzifələrdən və perspektivlərdən söz açılıb. Sonra bölmə iclasları öz işinə başlayıb. Bölmə iclasında İlhamə Babanlı “Kitabi-Dede Qorqud”kı birleşik fiillere yeni ve farklı yaklaşım” adlı məruzə ilə çıxış edib.
Konfrans təşkilatçıları və bir çox türkiyəli dilçi alimlər tərəfindən səmərəli əməkdaşlıq təklifləri alan İ.Babanlı 2019-cu ildə Adanada keçiriləcək növbəti beynəlxaq elmi konfransa dəvət olunub. Həmçinin onlar 2019-2020-ci illərdə Bakıda beynəlxalq konfrans keçirmək istədiklərini də bildiriblər.
Sonda təmsilçimizə təşkilat komitəsi tərəfindən sertifikat və xatirə hədiyyələri təqdim olunub.
