Home AZ | EN | RU

“Dil və ədəbiyyat” beynəlxalq elmi-nəzəri jurnalının Mir Cəlal Paşayevin 110 illik yubileyinə həsr olunmuş xüsusi buraxılışı

25/04/2018

BDU-nun Filologiya fakültəsində nəşr olunan “Dil və ədəbiyyat” beynəlxalq elmi-nəzəri jurnalının görkəmli yazıçı və ədəbiyyatşünas alim Mir Cəlal Paşayevin 110 illik yubileyinə həsr olunmuş xüsusi buraxılışı işıq üzü görüb. Xüsusi buraxılışda Azərbaycanın tanınmış alim və ziyalılarının Mir Cəlal Paşayevin elmi və ədəbi irsinə həsr olunmuş məqalələri yer alıb.   
Qeyd edək ki, bu elmi məcmuənin əsasını qoyan Mir Cəlal Paşayev bir müddət jurnalın baş redaktoru olub. Lakin onun vəfatından sonra jurnal öz fəaliyyətini dayandırıb.Yalnız 1993-cü ildə mərhum professor Tofiq Rüstəmovun təşəbbüsü ilə dərgi yenidən nəşrə başlayıb. O vaxtdan etibarən stabil şəkildə nəşr olunan jurnalın hazırda ABŞ, İngiltərə, Fransa, Yaponiya, Türkiyə, İran, İsrail, ərəb və slavyan ölkələri, Çin, Pakistan, Hindistan və digər ölkələrlə əlaqəsi var.
Beynəlxaq elmi-nəzəri “Dil və ədəbiyyat” jurnalının redaksiyası özünü Mir Cəlal Paşayevin elmi jurnalistika ənənələrinin davamçısı sayır və bu gün də öz missiyasını uğurla yerinə yetirir.

 

Bookmark and Share