Home AZ | EN | RU

Dilçi alimlər IX Beynəlxalq Dünya Dili Türkcə Simpoziumunda

06/11/2017

Türkiyənin Malatya şəhərində İnönü Universitetinin təşkilatçılığı ilə IX Beynəlxalq Dünya Dili Türkcə Simpoziumu keçirilib. 11 ölkədən 300-dən artıq elm adamının qatıldığı tədbirdə türkologiyanın aktual problemlərinə həsr olunmuş məruzələr dinlənilib. Simpoziumda Bakı Dövlət Universitetini Azərbaycan dilçiliyi kafedrasının professoru Zemfira Şahbazova, Türkologiya kafedrasının dosentləri Qızılgül Abdullayeva və Gülxanım Vəliyeva, “Türkoloji araşdırmalar” ETL-in əməkdaşları Pərvin Eyvazov və Anar Fərəcov təmsil edib. Professor Zemfira Şahbazova simpoziumda həm də bölmə rəhbəri kimi fəaliyyət göstərib. Bağlanış mərasimində azərbaycanlı alimlər adından dosent Qızılgül Abdullayeva, gənc tədqiqatçılar adından Pərvin Eyvazov çıxış edərək belə bir möhtəşəm tədbirin keçirilməsinə və yüksək qonaqpərvərliyə görə təşkilat komitəsinə təşəkkürlərini bildiriblər. Həmçinin bu müddət ərzində İnönü Universitetinin rektoru ayrıca qonaqlarla görüşüb, iştirakçıların Malatya şəhərinin tarixi və görməli yerləri ilə tanışlığı baş tutub.

 

 

 

 

 

 

 

 

Bookmark and Share