Filologiya fakültəsində "Dünya azərbaycanlılarının həmrəylik günü"nə həsr olunmuş bilik yarışması
16/12/2015Bakı Dövlət Universiteti Filologiya fakültəsinin tələbələri arasında "Dünya azərbaycanlılarının həmrəylik günü"nə həsr olunmuş bilik yarışması keçirilib. Yarışma Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi və “Günəşli” yatağındakı faciə ilə bağlı bir dəqiqəlik sükutla açıq elan olunduqdan sonra başlayıb. Azərbaycanın tarixi və mədəniyyətini əks etdirən 5 mövzu üzrə verilən 25 sualı cavablandıran komandalardan ilk üç yeri tutan komanda sertifikatla təltif olunub.
Yarışmanın təşkilatçısı AGİT-in Təhsil Departamentinin rəhbəri Yusif Ulduzoğlu və Filologiya fakültəsinin Tələbə Gənclər Təşkilatının sədri Emil Əhmədzadədir.
Qalib komandaları təbrik edirik!
![]() |
![]() |
![]() |
![]() |
