Dünya ədəbiyyatı kafedrasının doktorantı “Qadın gülərsə...” adlı müsabiqənin qalibi olub
01/04/2019Bakı Dövlət Universitetinin Filologiya Fakültəsi “Dünya ədəbiyyatı” kafedrasının doktorantı Seyidzadə Cahanxanım Azərbaycan Yaradıcılıq Fondu və Azərbaycan Bəhailəri Dini Mərkəzinin görkəmli Azərbaycan şairi Hüseyn Cavidin ölməz misralarından ilhamlanaraq elan etdiyi “Qadın gülərsə...” adlı yazı müsabiqəsinin qalibi olub. Qadına qarşı zorakılıqdan təkcə qadınlar yox, ümumilikdə ailələr, uşaqlar və bütün cəmiyyət əziyyət çəkir. Son illərdə qadın zorakılığına qarşı bütün dünyada məşhurlaşan #MeToo hərəkatı göstərdi ki, bu, əsrimizin ən həssas mövzularından biridir. Müsabiqəyə təqdim edilən yazılar qadın zorakılığı, gender bərabərliyi problemlərinə həsr olunub. Qeyd edək ki, C.Seyidzadənin “Güclü qadınların məğlubiyyəti” adlı yazısı 68 namizədin arasından seçilərək birinci yerə layiq görülüb. Martın 27-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində müsabiqə qaliblərinin mükafatlandırma mərasimi keçirilib.
Qalib olan yazının mətni ilə burdan tanış ola bilərsiniz: "Güclü qadınların məğlubiyyəti"
