Dosent Könül Həsənovanın “Qurbani” dastanı” mövzusunda açıq dərsi
20/04/2017Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının dərs yükünə daxil olan "Azərbaycan dastanları" fənninin "Qurbani" dastanı" mövzusunda mühazirəsinə yaradıcı və ifaçı aşıq, Prezident təqaüdçüsü Aşıq Mahmud Məmmədov dəvət olunub. Mühazirədə fənn müəllimi dosent Könül Həsənova mövzunun tədqiq, nəşr və toplanma tarixindən danışandan sonra tələbələr aşığın ifasında "Qurbani" dastanını dinləyiblər.
