Home AZ | EN | RU

Dosent Cavanşir Muradov Moldovada beynəlxalq elmi-praktik konfransda iştirak edib

12/11/2019

04-05 noyabr 2019-cu il tarixlərində Moldova Respublikasının Kişinyov şəhərində MDB-yə üzv dövlətlərin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu və Tiraspol Dövlət Universitetinin birgə təşkilatçılığı ilə “MDB mədəni məkanında rusistikada ənənələr və innovasiyalar: vəziyyəti və perspektivləri” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib. Konfransda BDU-nun  Filologiya fakültəsinin tədris işləri üzrə dekan müavini, Ümumi dilçilik kafedrasının dosenti Cavanşir Muradov iştirak edib.
Tiraspol Dövlət Universitetinin rektoru Eduard Koropçanu elmi forumu açıq elan edərək iştirakçılara uğurlar arzulayıb, universitetləri əməkdaşlığa dəvət edib. Konfransa Rusiya, Belarus, Moldova, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Tacikistan və Qırğızıstanın müxtəlif ali təhsil müəssisələrindən çoxsaylı elm adamı qatılıb.
Dosent Cavanşir Muradov “MDB mədəni məkanında rus dilinin öyrənilməsi problemlərinin aktual vəziyyəti” bölməsinə həmsədrlik edib, “Azərbaycan dilinin kompüter terminologiyasının formalaşmasında rus dilinin rolu” adlı məruzə ilə çıxış edib. O, çıxışının əvvəlində Azərbaycanda rus dilinin öyrənilməsindən, ona göstərilən dövlət qayğısından, Rusiyanın bir sıra aparıcı ali məktəblərinin Bakıda yaradılmış filiallarının fəaliyyətindən söhbət açıb. BDU-nun dilçi aliminin məruzəsi təşkilat komitəsi və konfrans iştirakçıları tərəfindən yüksək qiymətləndirilib, ona sertifikat təqdim olunub.  
Konfrans müddətində iştirakçılar Kişinyovda A.S.Puşkinin ev muzeyində olublar.

Bookmark and Share