Home AZ | EN | RU

Dosent Kəmalə İslamzadənin «Şah İşmayıl» dastanı» mövzusunda açıq dərsi

30/05/2017

Filologiya üzrə fəlsəfə doktoru, dosent Kəmalə Faiq qızı İslamzadənin   Filologiya fakültəsi bakalavr pilləsinin    II kurs “FL-079” qrupunda  «Azərbaycan dastanları» fənni üzrə «Şah İşmayıl» dastanı» mövzusunda  açıq dərsi keçirilib. Dərs müasir tələblərə uyğun aparılıb. Mühazirə olmasına baxmayaraq, müəllim tələbələrin aktivliyini təmin edib. Dosent K.İslamzadə nəzəri məlumatları verməklə yanaşı, mövzularası, fənlərarası və janrlarası əlaqənin gözlənilməsini də nəzərə alıb. Dərsdə texniki vasitələrdən, 90 dəqiqəni müşayiət edən, mövzuya uyğun slayddan, video materiallardan istifadə edilib. Şah İsmayıl və Ərəbzənginin deyişməsi tələbələr- Cavid Quluyev və Çinarə Məhərrəmova tərəfindən səhnələşdirilərək təqdim edilib. Slaydı tələbə Rüfət Nəzirli idarə edib. Tələbələr – Telli Səlimova, Zibeydə Səfərli, Elvin İsrafilov, Gülnaz İsaqova, Orxan Həsənov, Fidan Abdullayeva, Nərminə Fazilova, Günel Cavadova, Nərminə Hacıyeva, Əfsanə Qafarova və başqaları diskussiyada fəallıq nümayiş etdiriblər. Dərsdə  fakültənin müəllimləri: Tədris Metodik Şuranın sədri, prof. Məhərrəm Məmmədli, dos. Sevinc Qocayeva, Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının müdiri prof. Səhər Orucova,    dekan müavini prof. Nizami Xəlilov, dos. Etibar Talıblı, dos. Məhəmməd Məmmədov,   fil.e.d.  Ülkər  Nəbiyeva, dos. Könül Həsənova, fil.f.d. Almara Nəbiyeva iştirak ediblər. Mütəxəssislər dərsi yüksək qiymətləndiriblər.

Bookmark and Share