Dosent Lalə Əliyeva Nəcməddin Ərbakan Universitetində mühazirələr oxuyub
06/04/2018Bakı Dövlət Universitetinin Azərbaycan ədəbiyyatı tarixi kafedrasının dosenti Lalə Sabir qızı Əliyeva Mövlana Mübadilə Proqramı çərçivəsində Türkiyə Cümhuriyyətinin Konya şəhərində yerləşən Nəcməddin Ərbakan Universitetində iki həftəlik elmi ezamiyyətdə olub. Ədəbiyyatşünas alim burada “Qədim dövr oğuz-səlcuq mədəniyyətində ortaq dəyərlər” mövzusunda mühazirələr oxuyub.
