Home AZ | EN | RU

Dosent Leyla Ələkbərovanın açıq dərsi

14/12/2023

BDU-nun Filologiya fakültəsinin 172-ci və 175-ci qruplarında Rus dili (humanutar fakültələr üzrə) kafedrasının dosenti Leyla Məşkür qızı Ələkbərovanın Rus dili fənnindən açıq məşğələ dərsi keçirilib. “A.P.Çexov: həyatı və yaradıcılığı. Feilin gələcək zamanı” mövzusuna həsr olunmuş açıq dərsdə müasir təlim metodlarından istifadə olunub. Tələbələr A.P.Çexovun və C.Məmmədqulazadənin yaradıcılığını müqayisəli şəkildə təhlil ediblər. Dərs dinləyici-mütəxəssislər tərəfindən maraqla qarşılanıb.

 

Bookmark and Share