Home AZ | EN | RU

Dosent Mətanət Həsənovanın açıq dərsi baş tutub

18/04/2022

BDU-nun Filologiya fakültəsində Azərbaycan ədəbiyyatı tarixi kafedrasının dosenti Mətanət Həsənovanın “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisasının FL-138 qrupunda açıq dərsi keçirilib. Görkəmli Azərbaycan dramaturqu “Mirzə Fətəli Axundzadənin həyat və yaradıcılığı” mövzusuna həsr olunmuş açıq dərsdə kafedranın professor-müəllim heyəti də iştirak edib. Müasir təlim metodları əsasında keçirilən dərs qarşılıqlı sual-cavab və müzakirə əsasında qurulub, tələbələr mövzu ilə bağlı təqdimatlar nümayiş etdiriblər. Sonda yazıçının tələbələr tərəfindən səhnələşdirilmiş "Hekayəti Müsyö Jordan Həkimi-Nəbatat və Dərviş Məstəli Şah Cadükuni Məşhur” əsərindən bir parça təqdim olunub.

Bookmark and Share