Dosent Mətanət Həsənovanın “Ədəbi növlərin poetikası” mövzusunda açıq dərsi
08/12/2017Azərbaycan ədəbiyyat tarixi kafedrasının dosenti Mətanət Həsənovanın (Saraclının) IV kurs 068-ci qrupda “Ədəbiyyat nəzəriyyəsi” fənnindən açıq dərsi baş tutub. Açıq dərsdə Azərbaycan ədəbiyyat tarixi kafedrasının müdir müavini, professor Tofiq Hüseynoğlu, TMŞ-nin üzvləri, dosentlər Sevinc Qocayeva və Sevinc Abbasova, Türkologiya kafedrasının dosenti İslam Vəliyev, “Dədə Qorqud” ETL-nin əməkdaşı Nigar Rüstəmqızı, Dünya ədəbiyyatı kafedrasının doktorantı Cahanxanım Seyidzadə iştirak edib.
“Ədəbi növlərin poetikası” mövzusundakı açıq dərs elektron formada, bütün metodik tələblərə tam cavab verən səviyyədə keçirilib. Qrupda heç bir tələbə diqqətdən kənarda qalmayıb, vizual və frontal sorğular yerli-yerində istifadə olunub, tələbələrin ifasında müxtəlif janrlara aid poetik nümunələr dinlənilib. Sonra tələbələr tərəfindən M.F.Axundzadənin “Hekayeti Müsyo Jordan və Dərviş Məstəli şah” əsərindən bir parça səhnələşdirilib.
Dosent M.Həsənova aktiv tələbələri qiymətləndirib və növbəti seminarın mövzusunu açıqlayıb. Sonda açıq dərs mütəxəssislər tərəfindən yüksək qiymətləndirilib.
