Home AZ | EN | RU

Dosent Reyhan Həbibli beynəlxalq onomastika simpoziumunda iştirak edib

31/05/2022

BDU-nun Azərbaycan dilçiliyi kafedrasının dosenti, filologiya elmləri doktoru Reyhan Həbibli Türkiyənin Ege Universiteti, Türk Dünyası Araşdırmaları İnstitutu və Qazaxıstanın Nazarbayev Universitetinin təşkilatçılığı ilə keçirilən “II. Uluslararası Adbilim Sempozyumu”nda  iştirak edib. Simpoziuma Türkiyə,  Qazaxıstan, Azərbaycan, Qırğızıstan, Özbəkistan, Tatarıstan, İraq, Tacikistan, Polşa və s. ölkələrdən elm adamları qatılıb.
“Zoom” platforması üzərindən təşkil edilmiş tədbirdə müxtəlif ölkələrdən olan mütəxəssislərin təqdimatında onomastikanın ayrı-ayrı məsələləri barədə müxtəlif mövzular müzakirə olunub. Simpoziumun təşkilat komitəsinin üzvü olan R.Həbiblinin “Onomastik sistemdə müasir tendensiyalar” mövzusunda məruzəsi maraqla dinlənilib. Bundan başqa, simpoziumun bölmə iclaslarından biri də R.Həbiblinin moderatorluğu ilə keçirilib. Simpoziumda iştirakına görə R.Həbibliyə sertifikat təqdim edilib.

Bookmark and Share