Home AZ | EN | RU

Dosent Reyhan Həbiblinin açıq dərsi yüksək qiymətləndirilib

24/04/2017

Filologiya fakültəsinin “Azərbaycan dili və ədəbiyyatı” ixtisasının III kurs, 068-ci qrupunda Azərbaycan dilçiliyi kafedrasının dosenti Reyhan Həbiblinin “Onomasitka” fənnindən açıq dərsi baş tutub. Açıq dərsi fakültənin müəllimləri: Tədris Metodik Şuranın sədri, prof. M.Məmmədli, dos. Sevinc Qocayeva, fil.ü.f.d. Mehriban Əlizadə, Aygün Məhərrəmova, Zemfira Məmmədova izləyib. Bacarıqlı pedaqoq və istedadlı alim kimi fakültə kollektivinin rəğbətini qazanmış Reyhan Həbiblinin budəfəfki seminarı da uğurla keçib.  
Tələbələrdən Raziyyə Həsənova, Türkan Allahverdiyeva, Ləman Quliyeva, Aliyə Əlləzova, Nigar Əlizadə, Mehriban Ağamirzəli, Sədəfxanım Qəmbərli dərsdə kompüter texnologiyasından istifadə etməklə yüksək bilik nümayiş etdiriblər. Seminar müzakirələrlə və diskussiya şəklində başa çatıb. Dərs boyu tələbələrin aktivliyi və dos. R.Həbiblinin müəllim kimi fəaliyyəti mütəxəssislər tərəfindən yüksək qiymətləndirilib.    
Qeyd edək ki, açıq dərsdə fəallıq göstərən tələbələrin çoxu həm də Tələbə Elmi Birliyinin üzvü kimi fakültənin elmi-mədəni həyatında yaxından iştirak edir.

Bookmark and Share