Home AZ | EN | RU

Dosent Reyhan Həbiblinin Hazırlıq şöbəsində açıq dərsi

20/06/2017

Məlum olduğu kimi, əcnəbi tələbələrin nitqini inkişaf etdirmək, seçdikləri ixtisasla əlaqədar onlarda nəzəri və praktik cəhətdən ilkin təsəvvürlər ya-ratmaq, nitqin elmi üslubunun tələbələrin gələcək ixtisas profilinə uyğun materiallar əsasında öyrədil¬məsi çox vacib və aktual məsələlərdir. Bu baxımdan əcnəbi tələbələrə tədris olunan «Nitqin elmi üslu¬bu» fənni böyük nəzəri və praktik əhəmiyyət kəsb edir. Artıq bir neçə ildir ki, bu fənn Filologiya fakültəsi Azərbaycan dilçiliyi kafedrasının müəllimləri tərəfindən əcnəbi tələbələrə tədris olunur. Fənnin müxtəlif ixtisaslar üzrə dərs vəsaitlərinin müəllifi kafedranın dosenti Reyhan Həbiblidir.
Bakı Dövlət Universitetinin Hazırlıq şöbəsində “Nitqin elmi üslubu” fənni üzrə ilk dəfə olaraq təqdimat-imtahan keçirilib. Əcnəbi tələbələrin “Beynəlxalq hüquqda əhali anlayışı”, “Beynəlxalq münasibətlər sisteminin yaranması”, “Xarici siyasət”, “II Dünya müharibəsi dövründə beynəlxalq əlaqələr” və s. mövzularda hazırladıqları slaydlar və çıxışlar böyük marağa səbəb olub və dekanlıq tərəfindən yüksək qiymətləndirilib.

Bookmark and Share