Dosent əvəzi Mehriban Əlizadə Uluslararası Türk Kültürü və Mədəniyyəti konqresində iştirak edib
11/09/2018BDU-nun Azərbaycan dilçiliyi kafedrasının dosent əvəzi, filologiya üzrə fəlsəfə doktoru Mehriban Əlizadə 5-8 sentyabr 2018-ci il tarixlərində Türkiyənin Balıkəsir vilayətində keçirilmiş “Türkküm – 2018 – Uluslararsı Türk Kültürü və Mədəniyyəti konqresi”ndə iştirak edib. Konqres Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm Nazirliyi, Türk Ədəbiyyatı Vəqfi, Türkiyə İşbirliyi və Koordinasiya Agentliyi, Türksoy kimi nüfuzlu təşkilatların iştirakı və Türk Ocaqlarının təşkilatçılığı ilə “Çin səddindən Adriatikə qədər gələcəyə baxış” devizi altında keçirilib. Konqresə fil.f.d. Aygün Məhərrəmova ilə birgə hazırladıqları “Oğuzname”de eski kelime yapımı yöntemi” adlı məqalə ilə qatılan M.Əlizadənin türk dilində səsləndirdiyi çıxış böyük maraqla qarşılanıb, canlı müzakirələrə səbəb olub. Təmsilçimizə uğurlu çıxışına görə sertifikat təqdim olunub.
