Home AZ | EN | RU

DİQQƏT! BSU-da “Müasir filologiyanın aktual problemləri” mövzusunda Respublika elmi konfransı keçiriləcək

10/01/2017

FİLOLOGİYA FAKÜLTƏSİNİN BAKALAVRİAT VƏ MAGİSTRANTLARININ NƏZƏRİNƏ!

21 aprel 2017-cı ildə Bakı Slavyan Universitetinin “Azərbaycan filologiyası və jurnalistika” fakültəsinin təşkilatçılığı ilə “Müasir filologiyanın aktual problemləri” mövzusunda bakalavriat və  magistrantların Respublika elmi konfransı keçiriləcəkdir.

Respublika elmi konfransının işi aşağıdakı bölmələr üzrə aparılacaqdır:

  • Dilçilik bölməsi
  • Ədəbiyyatşünaslıq bölməsi
  • İctimai elmlər və psixologiya bölməsi
  • Pedaqogika və metodika bölməsi

Sizi bu konfransda iştirak etməyə dəvət edirik.

Konfransın işçi dilləri: Azərbaycan, rus, ingilis

Konfransın təqvimi:

Tezisin göndərilməsi üçün son tarix

10 mart 2017-cı il

Qəbul edilən tezislər haqqında məlumatın verilməsi

10 aprel 2017-cı il

Konfransın plenar iclasının açılış mərasimi

21 aprel 2017-cı il

 

Bölmə iclasları

21 aprel 2017-cı il

Konfransın bağlanış mərasimi

21 aprel 2017-cı il

FORMA 1. Tezisin tərtibi qaydaları:

Həcm: 1-2 səhifəyə qədər, format A4, ölçü 12, şrift  Times New Roman, hər tərəfdən 2,0 sm., 1 interval, abzas 1,25. Mətn sətirdən sətirə keçirilmədən yığılmalıdır.

Tezisin strukturu:

1. Müəllifin soyadı, adı, atasının adı qalın şriftlə

2. Tezisin adı böyük hərflərlə, qalın şriftlə

3. Təmsil etdiyi təhsil müəssisəsinin adı, elmi rəhbərin adı, soyadı, elmi dərəcsi və ya elmi adı adi şriftlə

Konfransın mövzusuna və qoyulan tələblərə cavab verməyən tezislər qəbul edilməyəcək, bununla bağlı müəlliflərə əlavə məlumat verilməyəcək.

QEYD: Çap olunmuş tezislər toplusu konfransın yekun iclasının sonunda konfrans iştirakçılarına təqdim olunacaq.

FORMA 2. Konfransda iştirak üçün bildiriş nümunəsi

Soyadı, adı, atasının adı
Təmsil etdiyi təhsil müəssisəsi
Təhsil pilləsi
Telefon və imeyl

Tezisin adı

KONFRANSA TEZİSLƏRİNİ TƏDQİM ETMƏK İSTƏYƏNLƏR BDU-nun FİLOLOGİYA FAKÜLTƏSİ TƏLƏBƏ ELMİ ŞURASINA MÜRACİƏT ETSİNLƏR (1 saylı bina, 2-ci mərtəbə, 206-cı otaq).


 

 

Bookmark and Share