Home AZ | EN | RU

DİQQƏT! BSU-da “Müasir tərcüməşünaslığın və mədəniyyətşünaslığın aktual problemləri” mövzusunda Respublika elmi konfransı keçiriləcək.

30/12/2016

HÖRMƏTLİ  BAKALAVRİAT VƏ MAGİSTRANTLAR!

17 mart 2017-ci ildə Bakı Slavyan Universitetinin Tərcümə fakültəsinin təşkilatçılığı ilə “Müasir tərcüməşünaslığın və mədəniyyətşünaslığın aktual problemləri” mövzusunda  tələbə və magistrların Respublika Elmi Konfransı keçiriləcəkdir.

Konfransın  işi aşağıdakı bölmələr üzrə aparılacaqdır:

  • Tərcümə nəzəriyyəsi bölməsi
  • Tərcümənin tarixi və tədrisi bölməsi
  • Dilçilik bölməsi
  • Ədəbiyyatşünaslıq bölməsi
  • İctimai elmlər və mədəniyyətşünaslıq bölməsi

Konfransın işçi dilləri: Azərbaycan, rus, ingilis

Konfransın təqvimi:

Tezislərin göndərilməsi üçün son tarix

24 fevral 2017-ci il

Qəbul edilən tezislər haqqında məlumatın verilməsi

7-8 mart 2017-ci il

Konfransın plenar iclasının açılış mərasimi

17 mart 2017-ci il

 

Bölmə iclasları

17 mart 2017-ci il

Konfransın bağlanış mərasimi

17 mart 2017-ci il

Tezisin tərtibi qaydaları:

Həcm: 1-2 səhifəyə qədər, format A4, ölçü 12, şrift  Times New Roman, hər tərəfdən 2,0 sm., 1 interval, abzas 1,25. Mətn sətirdən sətirə keçirilmədən yığılmalıdır.

Tezisin strukturu:

1. Müəllifin soyadı, adı, atasının adı qalın şriftlə

2. Tezisin adı böyük hərflərlə, qalın şriftlə

3. Təmsil etdiyi təhsil müəssisəsinin adı, elmi rəhbərin adı, soyadı, elmi dərəcəsi və ya elmi adı adi şriftlə

Konfransda çıxış etməyən iştirakçıların tezisləri topluda dərc olunmayacaq.

ƏLAVƏ MƏLUMAT ALMAQ ÜÇÜN BDU-nun FİLOLOGİYA FAKÜLTƏSİ TƏLƏBƏ ELMİ ŞURASINA  MÜRACİƏT EDİN (1 saylı bina, otaq 206).

 

Bookmark and Share