ELAN!
13/05/20162016-cı il, 20-21 oktyabr tarixində AMEA Nəsimi adına Dilçilik İnstitunda “Türkoloji elmi – mədəni hərəkatda ortaq dəyərlər və yeni çağırışlar” mövzusunda Beynəlxalq Konfrans keçiriləcək.
Konfransın mövzuları:
- I Türkolohi Qurultay türk xalqlarının mədəni həyatında, inteqrasiyasında əlamətlər hadisə kimi.
- Ortaq ünsiyyət dili yaradılmasında problemlər: dil, əlifba, ədəbiyyat, terminologiya.
- Türk dillərinin tarixi.
- Türk lüğətçiliyi, dialektologiya və qrammatikası.
- Türk xalqlarının ədəbiyyatı və folkloru.
- Türk xalqlarının tarixi və etnoqrafiyası.
- Türk xalqlarının incəsənəti.
Konfransda iştirakın etmək istəyənlər konfransın elektron poçt ünvanına ən azı 250 sözdən ibarət tezis göndərilməlidir. Tezislər aşağıdakı elektorun poçt ünvanına göndərilməlidir: [email protected]
Tezislərin tərtibi qaydaları: Tezislər Azərbaycan, türk, rus və ingilis dillərində hazırlana bilər. Tezislərin həcmi 250 sözdən az olmamalıdır. Mətn A4 formatında, Microsoft Word oriqramında, Times New Roman 12 şriftində, yuxarı və aşağı aralıqlar, sol və sağ aralıqlar 3 sm, sətirlərarası məsafə 1 olmalıdır.
Məqalələrin tam mətni aşağıdakı qaydada tərtib olunmalıdır: Mətn Microsoft Word oriqramında, Times New Roman 12 şriftində, yuxarı və aşağı aralıqlar, sol və sağ aralıqlar 2,5 sm, sətirlərarası məsafə 1 olmalıdır.
